Məhşur rəssam vəfat etdi
Ajans.az TRT xəbərə istinadən xəbər verir ki, işığın rəssamı kimi tanınan Yakup Cem Bodrumda çimərkən infarkt keçirərək vəfat edib. Yakup Cem uzun illər Türkiyədə yaşayıb və “Müqəddəs Əmanətlər” adlı əsəri ilə tanınıb. Sözügedən rəsmi yaxınlarda böyük bir məbləğə satılıb və sənətsevərlər tərəfindən yüksək qiymətləndirilmişdi.