AZ

"Atletiko"nun hücumçusu klubdan ayrılmaq istəyir

Norveç millisinin futbolçusu Aleksander Sörlot İspaniyanın "Atletiko" klubundan ayrılmaq istəyir.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı hücumçu daha bir il Madrid təmsilçisinin ehtiyat hücumçusu olmaq istəmir.

Forvard baş məşqçi Dieqo Simeonenin daha çox "Napoli"dən heyətə cəlb edilən Cakomo Raspadori və Antuan Qrizmanna şans verəcəyi üçün narazıdır.

Sörlot klubdan onu transferə çıxarmağı tələb edir. "Atletiko" isə oyunçu üçün təxminən 35 milyon avro istəyəcək.

Qeyd edək ki, Aleksander Sörlot 2024-cü ilin yayında komandaya keçib. O, 54 matçda 24 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
13
3
bakivaxti.az

4Mənbələr