AZ

Qırğızıstanla Tacikistana sevindik: sırada Bakı və İrəvandır Lebedev

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Azərbaycan və Ermənistan arasında münasibətlərin tam şəkildə normallaşacağına ümid edirik.

Globalinfo.az xəbər verir ki, bu barədə jurnalistlərə MDB-nin baş katibi Sergey Lebedev bildirib.

Baş katib qeyd edib ki, MDB ölkələri Azərbaycan və Ermənistan arasında ABŞ-da imzalanmış bəyannaməni alqışlayır.

“Azərbaycan və Ermənistan arasında birgə bəyannamənin imzalanmasından sonra ABŞ-da baş tutan bu razılaşma ilə bağlı MDB ölkələri arasında telefon danışıqları keçirilib. Necə ki, vaxtında Qırğızıstan və Tacikistan arasında dövlət sərhədi razılaşması imzalanarkən bunu məmnuniyyətlə qəbul etmişdik, bu dəfə də bu birgə bəyannaməni ölkələrimiz böyük məmnuniyyətlə qarşıladılar”, – deyə Sergey Lebedev vurğulayıb.

Rəsmi nümayəndə əlavə edib ki, MDB ölkələri bu addımın Azərbaycan və Ermənistan arasında anlaşmazlıqların sonlandırılması və sülh müqaviləsinin imzalanması yolunda bir mərhələ olduğunu düşünür.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
85
globalinfo.az

1Mənbələr