"Sabah" bal yapmayan arı kimi idi.
Hücuma çıxarkən Coy-Lens Mikkelsin necə gəldi ötürmələr etməsi, cərimə meydançası içərisində həyəcan...Bütün bunlar "Sabah"ı hücum fazasında işini zəiflətdi.
"Araz Naxçıvan" isə tam fiaskodur. Yaxşı ki, "Omoniya"nın bir neçə epizodu qolla nəticələnmədi, yoxsa tarixi biabırçılıq yaşanacaqdı".
Bu açıqlama “Sportinfo TV”də yayımlanan “Avropa həftəsi” verilişində səsləndirilib.
Tanınmış jurnalist Elçin Cəfərov Konfrans Liqasının üçüncü təsnifat mərhələsində mübarizəni dayandıran "Sabah" və "Araz Naxçıvan" barədə danışıb, Kiprdə yaşanılan tarixi fiaskoya şərh verib.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.