AZ

Ayətullah Xamnəinin müşaviri Putini təhqir etdi

İran Ali Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin avqustun 18-də atdığı tvit geniş müzakirə doğurub.

Yenisabah.az entekhab-a istinadla xəbər verir ki, həmin tvitdə o, "Alyaska", "Ukrayna", "Qafqaz" və "Mərd-e-Hezar-Chehre" həştəqlərindən istifadə edib.

Sonuncu söz farscadan tərcümədə "mindilli", yaxud "Minsifətli adam" mənaları verir. Dördpendirli pizza

"Güclü və qədim İran xalqının qürurlu tarixi göstərir ki, bu insanlar öz milli təhlükəsizlikləri ilə bağlı sövdələşməyə heç vaxt icazə verməyəcək" yazmış Vilayətinin son ifadədə kimi nəzərdə tutduğuna dair mübahisələr başlayıb.

Müşvirin "X" sosial şəbəkəsində vurğuladığı səciyyənin Vladimir Putinə aid olduğuna dair rəylər üstünlük təşkil edir.

Bir çoxları Rusiya prezidentinin Donald Tramla birgə mətbuat konfransında jurnalistlər qarşısında göstərdiyi mimikalara istinad edərək Əli Əkbər Vilayətinin məhz Putini "minsifətli adam" adlandırması rəyindədir.


Telegram kanalımız
Seçilən
10
3
yenisabah.az

4Mənbələr