AZ

Rus qoşunları bu şəhərə hücuma keçdi

Avqustun 19-na keçən gecə Rusiya silahlı qüvvələri Poltava vilayətinin Kremençuk şəhərinə hücuma keçib. Vətəninfo.az xəbər verir ki,  bu barədə regionun hərbi administrasiyasının rəhbəri Vladimir Koqut bildirib.

Onun sözlərinə görə, zərbələr və dağıntılar rayonun Kremençuq və Lubnı rayonlarında qeydə alınıb. İlkin məlumata görə, xəsarət alan olmasa da, enerji müəssisələrinin inzibati binalarına ziyan dəyib. Lubnı rayonunda min yarıma yaxın abonent işıqsız qalıb.

Kremençuk meri Vitali Maletsky şəhərdə “onlarla partlayış səslərinin” eşidildiyini və hücumların enerji və nəqliyyat infrastrukturunu hədəf aldığını bildirib. Hücumda istifadə edilən silahın növü açıqlanmasa da, Koqut daha əvvəl hava hücumu ilə bağlı xəbərdarlıq etmişdi.

Seçilən
6
veteninfo.az

1Mənbələr