AZ

Antalyada qadın suyadalma təlimi zamanı həyatını itirdi

Türkiyənin Antalya bölgəsinin Konyaaltı rayonunda dayvinq (suyadalma) təlimi zamanı huşunu itirən qadın ölüb.
 
Bu barədə Moderator.az "Haber Global"a istinadən xəbər verir.
 
Məlumata görə, hadisə Balıqçı sığınacağı adlanan yerin yaxınlığında yerləşən Siçan adasında baş verib. Bir qrup şəxs suyadalma təlimi almaq üçün xüsusi mərkəzə məxsus qayıqla Balıqçı sığınacağından yola çıxaraq adaya çatıb və təlimatçıların müşayiəti ilə hazırlıqlarını tamamlayaraq, suya dalıb. Suya baş vuranlardan biri - 47 yaşlı Fahriye Daşlı adlı qadın hələlik məlum olmayan səbəbdən özünü pis hiss edib. Vəziyyəti görən təlimatçılar onu sudan çıxararaq qayığa mindirib, ilkin tibbi yardım göstəriblər, daha sonra qadın özəl xəstəxanaya aparılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, Fahriye Daşlının həyatını xilas etmək mümkün olmayıb.
 
Qadının cəsədi ölüm səbəbinin müəyyən edilməsi üçün Antalya Ədliyyə Tibb Təşkilatının morquna aparılıb.
Seçilən
6
1
moderator.az

2Mənbələr