BAKI, 19 avqust. TELEQRAF
2025-ci ilin birinci yarımilində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumilikdə 1601 yeni iş yeri yaradılıb.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə Qarabağ iqtisadi rayonunda 1040, Şərqi Zəngəzurda isə 561 yeni iş yeri açılıb.
Dövr ərzində Qarabağ iqtisadi rayonu üzrə yeni yaradılan ən çox iş yeri Xankəndinin (385), Şərqi Zəngəzur iqtisadi rayonu üzrə isə Laçının (244) payına düşüb.
Qeyd edək ki, 2025-ci ilin birinci yarımili ərzində Azərbaycanda ümumilikdə 48856 yeni iş yeri açılıb.