"Mançester Siti"nin müdafiəçisi Manuel Akanci karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, "Qalatasaray" klubu 30 yaşlı futbolçu üçün rəsmi təklif göndərib.
"Mançester Siti" isveçrəlini İstanbul təmsilçisinə göndərməyə hazırdır, amma yalnız təklif olunan məbləğ klubu razı salacağı təqdirdə bu baş verə bilər.
Akanci 2022-ci ildən "Mançester Siti"də oynayır və bu müddət ərzində müdafiə xəttində əhəmiyyətli rol oynayıb.
Keçən mövsümdə o, bütün yarışlarda 40 oyunda iştirak edib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt saytında Akancinin dəyəri 28 milyon avro qiymətləndirilir.