AZ

Podesta: Aİ Ukraynada müharibənin dayandırılmasına nail olana qədər Rusiyaya təzyiqi davam etdirəcək

Avropa İttifaqı (Aİ) Rusiyanı sülhə doğru hərəkət etməyə və Ukrayna ilə danışıqlar aparmağa məcbur etmək üçün sanksiya təzyiqini davam etdirəcək, sentyabrın əvvəlində 19-cu sanksiya paketi təqdim olunacaq.

“Report”un Avropa bürosunun məlumatına görə, bu barədə Aİ-nin rəsmi nümayəndəsi Arianna Podesta Brüsseldə keçirilən brifinqdə bildirib.

O deyib ki, Aİ-nin məqsədləri dəyişməyib – bunlar qətlləri dayandırmaq, sülh danışıqları aparmaq və sülh sazişinə nail olmaqdır.

"Aİ prezidenti Ursula fon der Lyayenin verdiyi əsas mesaj qətllərin dayandırılması ilə bağlıdır. Aİ istər atəşkəsə, istərsə də sülh sazişinə gətirib çıxaran hər şeyi alqışlanır", - A.Podesta qeyd edib.

Seçilən
9
report.az

1Mənbələr