Azərbaycan Bilyard Federasiyasının (ABF) təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə bilyardın “Snuker” növü üzrə ölkə çempionatı keçiriləcək.
Bilyard Federasiyasından 90deqiqe.Az--a verilən məlumata görə, turnir sentyabrın 6-8-də "Məkan Bilyard Akademiyası"nda baş tutacaq.
Yarışın əsas məqsədi “Snuker” növünü Azərbaycanda inkişaf etdirmək, beynəlxalq standartlara uyğun yarış mühitini formalaşdırmaq və gənc idmançıların bu idmana marağını artırmaqdır. Ölkənin müxtəlif bölgələrindən iştirakçılar bu tarixi çempionatda güclərini sınayacaq və qalib adı uğrunda mübarizə aparacaqlar.