Azərbaycan Bilyard Federasiyasının (ABF) təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə olaraq “Snuker” bilyard idman növü üzrə Azərbaycan çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, yarış sentyabrın 6-8-də "Məkan Bilyard Akademiyasın"da baş tutacaq.
Bu mötəbər yarışın əsas məqsədi snuker idman növünü Azərbaycanda inkişaf etdirmək, beynəlxalq standartlara uyğun yarış mühitini formalaşdırmaq və gənc idmançıların bu idmana marağını artırmaqdır.
Ölkənin müxtəlif bölgələrindən iştirakçılar bu tarixi çempionatda güclərini sınayacaq və qalib adı uğrunda mübarizə aparacaqlar.
Yığma komandalarımız Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcək - FOTO
Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
Beynəlxalq Padel Kuboku start götürüb - FOTO
Zelim Tçkayev ilk pillədə
İdmançımız Avropa birinciliyində 1 qızıl və 1 gümüş medal qazanıb