ABŞ Ukraynanı maliyyələşdirməyi və Kiyev rejiminə pulsuz silah verilməsini dayandırıb.
Bu barədə ABŞ dövlət katibi Marko RubioFox News telekanalının efirində bildirib.
O, müsahibəsində deyib: "Biz artıq Ukraynaya silah vermirik. Biz artıq Ukraynaya pul vermirik".
Rubio əlavə edib ki, əvəzində ABŞ indi Kiyevə silah satır, Avropa ölkələri isə NATO bloku vasitəsilə tədarük haqqını ödəyir.