Azərbaycanda telefon bazarında ən çox satılan modellərdən biri hələ də köhnə iPhone-lardır. Bunun səbəbi həm qiymətlərin nisbətən daha münasib olması, həm də brendə olan maraqdır.
Yenisabah.az xəbər verir ki, bir çox mütəxəssislər alıcılara bəzi iPhone modellərini almağı məsləhət görmür. Çünki onlar artıq gündəlik istifadədə tələblərə cavab vermir və onları almaq sərfəli deyil.
Azərbaycanda tez-tez satılan, amma almaq tövsiyə olunmayan iPhone modellərini təqdim edirik: Dominos pizza
iPhone 11 və 11 Pro / Pro Max – Hazırda ölkədə ən çox satılan modellərdən biridir, amma 5 ildən çoxdur bazardadır. Gələcək iOS yeniləmələrində məhdudiyyətlər başlayacaq, həmçinin batareya ömrü zəifdir.
iPhone XR – Azərbaycanda ikinci əl bazarında geniş yayılıb, lakin prosessor sürəti və kamera keyfiyyəti bugünkü standartlara cavab vermir.
iPhone XS və XS Max – İstifadə müddətini tamamlayır, tez-tez batareya problemləri yaşanır.
iPhone X – Hələ də satılsa da, artıq həm enerji, həm də təhlükəsizlik baxımından zəifdir.
Eskpertlər teni telefon almaq istəyənlərə ən azı iPhone 12 və sonrakı modelləri seçməyi tövsiyə edir. Çünki bu cihazlar daha uzun müddət yeniləmə alacaq, kamera və batareya baxımından da istifadəçilərin ehtiyacını ödəyəcək.
Aytac Əliyeva
Telegram kanalımız