AZ

Restoranda yemək yeyən ikilini maşın vurdu: Xəsarət alıblar

ABŞ-ın Texas ştatının Hyuston şəhərindəki restoranların birində çəkiliş edən "foodblogger"lər Nina Santiago və Patrick Blackwood ağır qəzadan son anda xilas olublar.

Publika.az xəbər verir ki, pəncərə kənarında yemək yeyən ikilini maşın vurub. Belə ki, idarəetməni itirən avtomobil restoranın şüşələrini qıraraq içəri girib.

Bloqerlər yüngül xəsarət alıblar.

Hadisənin görüntüləri qısa zamanda sosial şəbəkədə milyonlar tərəfindən izlənilib və geniş müzakirə olunub.(Milli.az)

Seçilən
24
4
publika.az

5Mənbələr