AZ

“Komandanın bütün ağırlığı onun üzərindədir” - VİDEO

"Elmar Baxşıyev komandanı hazırlaya bilməmişdi".

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində "Araz-Naxçıvan"ın Konfrans Liqasının üçüncü mərhələsində "Omoniya"ya uduzmasına sərt reaksiya verib.

Tanınmış teleşərhçi qeyd edib ki, ötən raundda "Aris"i üstələmyi bacarmış "ağ-qırmızılar"ın Kipr təmsilçisinə 0:4 və 0:5 hesabıyla yenilməsi Elmar Baxşıyevin qəbahətidir.

Abbasov baş məşqçinin komandanın bu oyunlara heç cür hazırlaya bilmədiyini söyləyib.

Ekspert vurğulayıb ki, Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov "Araz"a böyük dəstək verir.

Eyni zamanda klubun icraçı direktoru Eldəniz Yusifov istər məşqçilərin, istərsə də futbolçuların bütün problemlərinin həllində yaxından iştirak elədiyini diqqətə çatdırıb.

Onun fikrincə, hər tərəfdən qayğı ilə əhatə olunmasına rəğmən, Baxşıyev özüylə bağlı müəyyən problemlər yaşayır. Verlişin daimi iştirakçısı bunu çalışdırıcının avrokubok təcrübəsinin azlığıyla əlaqələndirib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
10
sportinfo.az

1Mənbələr