AZ

Magistraturanın boş qalan yerlərinə qəbulun nəticələri açıqlandı

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytında yerləşdirilib.

Yenisabah.az xəbər verir ki, müsabiqədə iştirak etmək üçün 1418 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 617 nəfər (o cümlədən 96 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub.

Onların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları “Magistr” jurnalının 7-ci nömrəsində veriləcək. Jurnalın elektron versiyasını (PDF formatında) sabah günün ikinci yarısından etibarən DİM-in saytının "Elektron xidmətlər" bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında da əldə etmək olar. Marqarita pizza

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.


Telegram kanalımız
Seçilən
33
15
yenisabah.az

10Mənbələr