AZ

Tusk: Ukraynaya hərbi yardım davam edəcək

“İstəklilər koalisiyası” ölkələrinin liderləri Ukraynaya gələcək hərbi dəstəyin zəruriliyini təsdiqləyiblər.

Yenisabah.az xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk bildirib.

"Kanada, Yaponiya, Türkiyə, Yeni Zelandiya və Avropa ölkələrinin liderləri Alyaskadakı görüşün nəticələrini çox real qiymətləndirdilər. Hamımız Ukraynaya gələcək dəstəyin zəruriliyini təsdiq etdik", - deyə Polşanın baş naziri sosial şəbəkədə yazıb. Pepperoni pizza

“Hamı sülh istəyir, heç kim Ukraynanın təslim olmasını istəmir və prezident Tramp onun müharibəni bitirmək üçün göstərdiyi səylərə real qiymət verib”, - deyə Tusk əlavə edib.

Xatırladaq: “İstəklilər koalisiyası” Ukraynaya hərbi yardım göstərən onlarla ölkənin birliyidir. Digər məsələlərlə yanaşı, bu koalisiya orada hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukrayna ərazisinə sülhməramlı qüvvələrin yerləşdirilməsi imkanını nəzərdən keçirir.


Telegram kanalımız
Seçilən
6
yenisabah.az

1Mənbələr