AZ

Krımı, Donbassı ələ keçirmək məqsədimiz olmayıb Lavrov

ain.az bildirir, Modern.az portalına istinadən.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ötən gün Rusiya prezidenti Vladimir Putin və Ağ Ev rəhbəri Donald Tramp arasında telefon danışığınin olması Vaşinqtonun Rusiya-Ukrayna müharibəsinin uzunmüddətli nizamlanmasının zəruriliyini başa düşdüyünü təsdiqləyib.

Modern.az xəbər verir ki, Lavrov "Rossiya-24" telekanalına müsahibəsində deyib: "Yəni ki, bu böhran bir daha təkrarlanmasın və bu regiondakı bütün dövlətlərin və orada yaşayan xalqların qanuni hüquqları təmin edilsin. Yeri gəlmişkən, bu anlaşma prezident Putinlə prezident Trampın dünən axşam telefon danışığı zamanı təsdiqlənib".

O, Alyaskada Rusiya-Amerika danışıqlarında da sanksiyalarla bağlı məsələnin gündəmə gətirilmədiyini vurğulayıb.

Bundan əlavə, Lavrovun sözlərinə görə, Donald Tramp Rusiyaya səfərə dəvət alıb.

Lavrov bildirib ki, Rusiya heç vaxt Ukraynanın ərazilərini ələ keçirməyə çalışmayıb, lakin “rus xalqını müdafiə etməyə çalışıb”.

"Bir daha qeyd etmək istərdim ki, biz heç vaxt sadəcə olaraq müəyyən əraziləri ələ keçirmək barədə danışmamışıq. Nə Krım, nə Donbass, nə də "Novorossiya" ərazi olaraq bizim məqsədimiz olmayıb", - nazir deyib.

"Rusiyanın məqsədi əsrlər boyu o torpaqlarda yaşayan, Krımda və Donbassda onlar üçün qan tökən, Odessa, Nikolayevdə şəhərlər yaradan xalqı, rus xalqını qorumaq idi”.

Lavrov həmçinin bildirib ki, Rusiya Ukrayna ilə nizamlanma üzrə danışıqlar üçün heç bir formatı rədd etmir və yüksək səviyyəli rəsmilərin iştirakı ilə istənilən yüksək səviyyəli təmaslara “son dərəcə ehtiyatla hazırlanmalıdır”. Rusiyalı nazirin sözlərinə görə, əsas odur ki, çoxtərəfli formatlar “kimsə səhər qəzetlərində yazsın, axşam televiziyada göstərsin, sosial şəbəkələrdə qeybət etsin” deyə təşkil edilməməlidir.

Onlar “addım-addım, ekspertlər səviyyəsindən başlayaraq, sammitlərə hazırlaşmaq üçün bütün lazımi addımlardan keçməklə” həyata keçirilməlidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
modern.az

2Mənbələr