AZ

Yeni gəldi, komanda yoldaşını təriflədi, “əla oğlandır” dedi

“Milan”ın yeni yarımmüdafiəçisi Samuele Riççi “Brügge”dən İtaliya klubuna keçən başqa bir yeni transfer, isveçrəli futbolçu Ardon Yaşari ilə münasibətindən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu komanda yoldaşı haqda bunu deyib:

“Düşünürəm ki, o, əla oğlandır. O, yaxşı oynayır, inteqrasiya lazımdır, lakin Ardon əla iş görür. O, ağıllıdır”.

“Milan” 2024/25 mövsümündə A Seriyasının turnir cədvəlində 8-ci yeri tutub.

Seçilən
0
sportinfo.az

1Mənbələr