Səudiyyə Ərəbistanı Superkubokunda mövsümün yarımfinal oyunu keçirilib.
Offsideplus.az xəbər verir ki, Kristiano Ronaldonun çıxış etdiyi "Əl Nəsr" klubu Kərim Benzemanın çıxış etdiyi "Əl İttihad" ilə qarşılaşıb.
Oyun 2:1 hesabla "Əl Nəsr"in xeyrinə başa çatıb. Komandanın 2-ci qolunun assistini Kristiano Ronaldo edib.
Qollar: Sadio Mane (10'), Steven Berqvin (16'), Joao Felix (61')