Litvanın Bakıdakı diplomatik missiyasının rəhbərinin müavini işə başlayıb.
İnformasiya Agentliklərinin məlumatına görə, bu vəzifəni Kristina Baubinayte tutub.
Xanım Baubinayetə Litvanın Praqa və Dublindəki səfirliklərində çalışıb. O,sosial elmlər doktoru və müasir Litva mühacirəti haqqında kitab müəllifidir.
"Kristinanı komandamıza qoşulması münasibətilə təbrik edir, maraqlı və uğurlu iş, yeni tanışlıqlar və dolğun layihələr arzulayırıq", - diplomatik missiyanın məlumatında deyilir.
Xatırladım ki, Kristina Baubinayte etimadnaməsini bu il yanvarın 10-da Azərbaycan prezidenti İlham Əliyevə təqdim etmiş fövqəladə və səlahiyyətli səfir Kestutis Vaşkeleviçusa yardım edəcək.
Əlbəttə, mən cənab səfiri, eləcə də onun yeni müavinini tanımıram.
Çox təəssüflər olsun ki, Litvanın Bakıdakı elçiliyi keçirdiyi tədbirlərə məni dəvət etməyib.
Ancaq 2008-ci ildə Litvada olmuşam, Baltikyanı regionun bu gözəl ölkəsindən Bakıya Litva xalqına, mədəniyyətinə və təbiətinə böyük rəğbətlə dönmüşəm.
Litvalılar mədəni, dürüst, Azərbaycanlılara ehtiramla yanaşan insanlardırlar.
Vilnüs olduqca gözəl bir şəhərdir.
Mən Vilnüsdə olanda may ayının sonları idi. “Bəyaz gecələr”Laurinas Guceviciusun memarlıq əsərləri ilə əzəmətə qovuşmuş şəhəri daha da əsrarəngiz edirdi.
O zamanlar Azərbaycanın öz torpaqlarını işğaldan azad etməmişdi.
Rəsmi Vilnüs Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biri idi.
Azərbaycan və Litva arasında diplomatik münasibətlər önəmli keçmişə malikdir.