AZ

Erik Bayinin yeni klubu MÜƏYYƏNLƏŞDİ

"Mançester Yunayted"in sabiq futbolçusu Erik Bayinin yeni klubu bəlli olub.

Bizim.Media xəbər verir ki, Fil Dişi Sahili millisinin üzvü İspaniyanın "Ovyedo" klubuna azad agent kimi keçib.

La Liqa təmsilçisinin rəsmi saytının məlumatına görə, futbolçunun müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
 

31 yaşlı mərkəz müdafiəçisinin son klubu “Vilyarreal” olub. O, ötən mövsüm "sarı sualtı qayıq"da 12 matçında iştirak edib, 618 dəqiqə meydanda olub.


Bayi 7 ildən çox "Mançester Yunayted"də çıxış edib və komanda ilə kubok qazanıb. Müdafiəçi Türkiyənin “Beşiktaş”, Fransanın “Marsel” və İspaniyanın “Espanyol” klublarında da çıxış edib.

Bizim.Media

Seçilən
19
1
bizim.media

2Mənbələr