AZ

Bu yoldan keçərkən ehtiyatlı olun: Əks halda dolandırıla və təhlükəylə üzləşə bilərsiniz AÇIQLAMA VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Bakı-Quba yolunda yardım məqsədiylə avtomobilləri saxladıb pul mənimsəyən sürücü görüntülənib.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına videomaterial göndərib. Onun sözlərinə görə, 77-QH-982 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sahibi yoldan keçən lüks maşınların sürücülərindən müxtəlif bəhanələrlə maddi kömək istəyib. Bir müddət ərazidə dayandığını bildirən izləyici sözügedən şəxsin bahalı avtomobilləri mütəmadi olaraq saxlatdığını qeyd edib. Dələduzu ifşa etmək və digər sürücüləri məlumatlandırmaq üçün onu videoya çəkən şikayətçi sürücünün onu lentə aldığını görərək ərazidən uzaqlaşdığını əlavə edib.

Kadrdan da göründüyü kimi, videoda görünmək istəməyən saxtakar maşınına əyləşərək avtomobili arxa-arxaya sürüb. Nəticədə o, digər hərəkət iştirakçılarına təhlükə yaradıb. 

Məsələylə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Sadıx Axundov Avtosfer.az-ın sorğusuna cavab verib: “Nəqliyyat vasitəsinin bu formada idarə olunması sürücünün həm özünə, həm də digər hərəkət iştirakçılarına qarşı ciddi şəkildə təhlükə yaradır və belə halda yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olur. Sözügedən sürücü tərəfimizdən araşdırılaraq barəsində qanunamüvafiq tədbir görüləcək. Baş Dövlət Yol Polisi İdarəsi olaraq sürücülərdən xahişimiz nəqliyyat vasitəsini bu formada idarə etməsinlər və qanunvericiliyin tələblərinə riayət etsinlər”. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
avtosfer.az

1Mənbələr