İsveçrə Putinə zəmanət verir: Biz onu həbs etməyəcəyimizə söz veririk
İsveçrə hökuməti bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin Cenevrədə Ukrayna prezidenti Vladimir Zelenski ilə sülh danışıqlarına qatılacağı təqdirdə BCM-nin həbs qərarına baxmayaraq, həbs edilməyəcək.
Makronun təklifindən sonra bu ideya İtaliya tərəfindən də dəstəklənib, İsveçrənin xarici işlər naziri İqnazio Kassis isə bu təmasda məqsədin yalnız sülh konfransı olması şərti ilə Putinə hüquqi cəhətdən azad ola biləcəyini bildirib.
İsveçrənin neytrallığı və Birləşmiş Millətlər Təşkilatının Avropadakı mənzil-qərargahı kimi mövqeyinin bu toxunulmazlığın təminatlarından olduğu vurğulanıb.
İsveçrənin xarici işlər naziri İqnazio Kassis, "Putin sülh konfransına gələrsə, toxunulmazlıq verilə bilər, xüsusi səbəblərlə gəlsə, bu, ola bilməz" dedi.
BU MÜMKÜNDÜR?
Roma Statutunun 86-cı maddəsi ratifikasiya edən ölkələrin “cinayətlərin təhqiqatı və təqibində Məhkəmə ilə tam əməkdaşlıq etməli” olduğunu, 27-ci maddə isə dövlət başçılarının toxunulmazlığını ləğv edir.
İsveçrə 2001-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinə üzvlüyünü ratifikasiya edib və üzvlük 2002-ci ildə qüvvəyə minib. Ona görə də Rusiya lideri onun ərazisinə daxil olarsa, Putini həbs etməyə borclu olacaq. Bu prinsiplərə görə, əgər dövlət hərbi cinayətlər törətdiyi iddiası ilə beynəlxalq həbs qərarı verilən Putin kimi lideri immunitetli hesab edərsə, bu, üzərinə götürdüyü öhdəlikləri pozmuş olar.
Yekun qərar Beynəlxalq Cinayət Məhkəməsinin əlində olacaq; məhkəmənin istisnaya icazə verib-verməyəcəyini və ya pozuntunu BMT Təhlükəsizlik Şurasına və ya imzalayan dövlətlərin assambleyasına göndərib-göndərməyəcəyini, sonra İsveçrəyə qarşı hansı tədbirin görüləcəyini müəyyən edəcək.
aia.az
Tərcümə şöbəsi