AZ

Azərbaycan Kubokunun final oyunu mayın 13-də keçiriləcək

Futbol üzrə Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün final oyununun keçiriləcəyi tarix müəyyənləşib.

Arena.az xəbər verir ki, bu, Peşəkar Futbol Liqasının (PFL) açıqladığı geniş təqvimdə öz əksini tapıb.

Belə ki, həlledici qarşılaşmanın mayın 13-də baş tutacağı qeyd edilib.

Xatırladaq ki, ötən mövsüm Azərbaycan Kubokunun sahibi “Sabah” klubu olub. Sözügedən komanda finalda “Qarabağ”la oyundan qalib ayrılmaqla tarixində ilk zəfərini yaşamışdı – 3:2.

Seçilən
104
arena.az

1Mənbələr