Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı Ukrayna lideri Volodimir Zelenski ilə Moskvada görüşməyi təklif edib.
Publika.az xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.
"Vəziyyətə yaxın mənbələrdən verilən məlumata görə, Vladimir Putin Volodimir Zelenskiyə Moskvada görüşməyi təklif edib", - məlumatda deyilir.
Avqustun 18-də Ağ Evdə Donald Tramp və Volodimir Zelenski arasında görüş baş tutub. Onlardan əlavə, danışıqlarda bir sıra Avropa liderləri, həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və NATO-nun baş katibi Mark Rutte iştirak edib .