"Fənərbağça" klubu 22.5 milyon avroluq transferi rəsmiləşdirmək üzrədir. 

Offsideplus.az xəbər verir ki, söhbət 26 yaşlı cinah hücumçusu Kerem Aktürkoğludan gedir. 

Tərəflər arasında razılaşmaya əsasən, transfer üçün 22.5 milyon avro ödəniləcək və müqavilədə 2.5 milyon avroluq əlavə bonuslar da yer alacaq. 

Futbolçunun maaşı mövsümlük 4.75 milyon avro olacaq. 

Əlavə edək ki, "Qalatasaray" ilə "Benfika" arasındakı müqavilədə satışdan pay maddəsi mövcuddur. Bu maddəyə əsasən "Qalatasaray" 1 milyon avro qazanacaq.