AZ

AEM tərəfindən lisenziyasız fəaliyyət göstərən müəssisələrə nəzarət gücləndirilib - SN

Bakı. Trend:

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik EkspertizaMərkəzi tərəfindən vətəndaşların həyat və sağlamlığına real təhlükəyarada biləcək hallarla bağlı daxil olan müraciətlər əsasındaaraşdırmalar aparılır və qanunvericiliyə uyğun olaraq plandankənaryoxlamalar həyata keçirilir.

Trend xəbər verir ki, bubarədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdə adıhallanan Abdullayeva Gülbədə Əlqismət qızının adı SəhiyyəNazirliyinin Tibb işçilərinin vahid reyestrində mövcud deyil vətibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur.

Daxil olan sorğularda əməliyyatın "Dost Estetik Mərkəzi"ndəkeçirildiyi bildirilir. Digər müraciətdə isə həmin şəxsin “UĞUREstetik Mərkəzi 777” adlı müəssisədə çalışdığı qeyd olunur. Hər ikimüəssisə tibb müəssisəsi deyil və müvafiq tibbi fəaliyyət göstərməküçün lisenziyaları yoxdur.

“Dost Estetik Mərkəzi”nin adı Analitik Ekspertiza Mərkəzininözəl tibb müəssisələrinin bazasında, eləcə də Dövlət VergiXidmətinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatbazasında mövcud deyil.

Araşdırma zamanı müəyyən edilib ki, sahibkar Xəyalə Aydın qızıİsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi 777” lisenziya olmadantibbi fəaliyyət göstərir. Yoxlama zamanı kosmetoloji xidmətlərgöstərilən, tibbi avadanlıqlarla təchiz edilmiş otaqlarda pasiyentqəbulu və prosedurların icrası faktları aşkarlanmışdır. “UĞUREstetik Mərkəzi 777” ilə bağlı AEM tərəfindən 2023-2025-ci illərərzində dəfələrlə plandankənar yoxlamalar aparılmış, aşkar edilənpozuntularla bağlı ümumilikdə 5 inzibati protokol tərtib edilərəkAzərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 210.1-cimaddəsi üzrə cərimə olunması barədə qərar qəbul olunmuşdur.

Göstərilənlərlə yanaşı, müəssisə lisenziya olmadan fəaliyyətinidavam etdirdiyindən, Səhiyyə Nazirliyi tərəfindən hüquq-mühafizəorqanları qarşısında vəsatət qaldırılaraq Xəyalə Aydın qızıİsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi 777” müəssisəsininqanunsuz fəaliyyətinin araşdırılması ilə bağlı müraciət edilib.

Məqalədə:
Seçilən
137
30
az.trend.az

10Mənbələr