AZ

İnflyasiya ilə bağlı yeni proqnoz AÇIQLANDI

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanda bu il orta illik inflyasiya üzrə ilkin proqnoz 4,6 %, yeniləmiş proqnoz isə 5,1 % nəzərdə tutulsa da, bu ay təqdim edilmiş proqnoza əsasən inflyasiya 5,4 % gözlənilir.

Modern.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı, beynəlxalq fiskal diaqnostika alətlərinin tələblərinə uyğun olaraq hazırlanmış “2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilir.

Sənədə əsasən, buraya cari ilin ötən dövründə faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə və ərzaq qiymətləri və bunun idxal qiymətlərinə təsiri, həmçinin tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklər və sair digər amillər təsir edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
16
modern.az

10Mənbələr