AZ

AFP: Putin ikitərəfli görüş təklif edib, Zelenski imtina edib YENİLƏNİB

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin Moskavada ikitərəfli görüş keçirmək təklifindən imtina edib.

APA xəbər verir ki, bu barədə məsələdən xəbərdar mənbələr AFP-yə məlumat ötürüb.

Mulmata görə, sözügedən ideya Rusiya lideri ilə ABŞ Prezidenti Donald Tramp arasında söhbət zamanı səsləndirilib. Zelenski həmin vaxt Ağ Evdə olub və təklifə dərhal “yox” cavabı verib.

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski və Avropa dövlətlərinin rəhbərləri ilə görüşdən sonra Rusiya Prezidenti Vladimir Putinə zəng edib və Ukrayna ilə Rusiya prezidentləri arasında danışıqlara hazırlığın başlandığını elan edib. Onun sözlərinə görə, görüşün yeri daha sonra müəyyən ediləcək, danışıqlardan sonra isə ABŞ prezidentinin də iştirak edəcəyi üçtərəfli görüş keçiriləcək.

“Politico”nun məlumatına görə, Putin Tramp ilə telefon danışığında Zelenski ilə görüşə dair təklifə toxunaraq deyib: “Sizin iştirakınız mütləq deyil. Mən onunla təkbətək görüşmək istəyirəm”.

ABŞ Prezidentinin komandası artıq sammitin təşkilinə başlayıb, bu iş xüsusi nümayəndə Stiv Uitkoffa tapşırılıb.

Kremlin rəsmi açıqlamasında isə Putin və Zelenski arasında görüş barədə razılığın əldə olunmadığı bildirilib. Kremlin məlumatına görə, Putin və Tramp telefon danışığında “Ukrayna və Rusiya tərəflərinin nümayəndə heyətinin səviyyəsinin artırılması imkanının nəzərdən keçirilməsi ideyası”nı müzakirə ediblər.

***

18:28

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla sonuncu telefon danışığında Zelenski ilə Moskvada görüşməyi təklif edib.

APA xəbər verir ki, bu barədə məsələdən xəbərdar mənbələr AFP-yə məlumat ötürüb.

Hələlik Rusiya və ABŞ bu mövzuya rəsmi münasibət bildirməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
20
apa.az

10Mənbələr