AZ

Binəli Yıldırım Prezident İlham Əliyevə məktub ünvanlayıb

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Prezident İlham Əliyevə məktub ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Zəngəzur dəhlizinin fəaliyyətə başlamasına zəmin yaradan və bölgəmizdə tarixi bir səhifə açan Birgə Bəyannamənin imzalanması münasibətilə Zati-alinizi ən səmimi hisslərlə təbrik edirəm.

Bu tarixi hadisə Azərbaycanın strateji mövqeyi və güclü liderliyinin, eyni zamanda Qarabağda qazanılan tarixi Zəfərdən regional sülhə, əməkdaşlığa və inkişafa keçidin konkret təzahürüdür.

Zəngəzur dəhlizi türk dünyasını bir-birinə bağlayacaq, ticarət əlaqələrini gücləndirəcək və xalqlarımız arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək strateji əhəmiyyətə malik bir layihədir.

Zati-alinizin müdrik liderliyi ilə Azərbaycanın bundan sonra da regional sabitliyin və Türk dünyasının birliyinin təmin olunmasında qabaqcıl rol oynayacağına qəti şəkildə inanıram.

Fürsətdən istifadə edərək Türkiyə-Azərbaycan qardaşlığının “Bir millət, iki dövlət” prinsipi ilə daha da möhkəmlənəcəyinə, ölkələrimizin ortaq hədəflərin reallaşması üçün bundan sonra da çoxlu tarixi uğurlara imza atacağına əminliyimi ifadə edirəm.

Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasına davamlı tərəqqi arzulayır, ən dərin ehtiramımı ifadə edirəm".

Seçilən
15
38
apa.az

10Mənbələr