Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin Moskvada ikitərəfli görüş keçirmək təklifindən imtina edib.
APA xəbər verir ki, bu barədə AFP məlumatlı mənbələrə istinadən informasiya yayıb.
***
18:28
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla sonuncu telefon danışığında Zelenski ilə Moskvada görüşməyi təklif edib.
APA xəbər verir ki, bu barədə məsələdən xəbərdar mənbələr AFP-yə məlumat ötürüb.
Hələlik Rusiya və ABŞ bu mövzuya rəsmi münasibət bildirməyib.