AZ

Cəlilabadın 4 kəndini birləşdirən yola asfalt örtüyü çəkildi

ain.az, News24 saytına istinadən bildirir.

Cəlilabad rayonunun dörd kəndinin əsas küçələrinin yoluna asfalt örtüyü çəkilməsi işləri yekunlaşıb.

News24.az "Report"a istinadən xəbər verir ki, işlər Abdullu, Astanlı, Zopun və Cəfərli kəndlərində aparılıb.

Həmçinin rayonun Çünəxanlı və Həsənli kəndlərinin sakinləri də bu yoldan istifadə edir.

Dörd kəndi əhatə edən yol 5 kilometr uzunluğundadır.

Kənd sakinlərinin sözlərinə görə, sonuncu dəfə həmin küçələrə asfalt örtüyü təxminən 40 il öncə çəkilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
2
news24.az

3Mənbələr