AZ

Türk İnternet Media Birliyi Azərbaycan Təmsiıçiliyi formalaşdı – Xəyalə Rəisə yeni vəzifə verildi – FOTOLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərarnamə ilə yaradılan Türk İnternet Media Birliyi (TİMBİR) sürətlə beynəlxalq miqyasda genişlənməkdədir. Qısa müddət ərzində Türkiyənin bütün bölgələrində və ondan çox xarici ölkədə təmsilçilik qurmağı bacaran birlik, son mərhələdə təşkilati strukturunda da əhəmiyyətli dəyişikliklər edib.

İyul ayında Sivas şəhərində keçirilən İdarə Heyətinin növbəti toplantısında qəbul edilən qərara əsasən, TİMBİR-in idarə heyətinin üzvləri bundan sonra şəhər və ölkə təmsilçisi ola bilməyəcək. Bu qərardan sonra yeni yerli və xarici təmsilçilərin təyinatına start verilib. Türkiyənin əksər vilayətlərində bu proses artıq yekunlaşıb.
TİMBİR-in xaricdəki təmsilçiliklərinin formalaşdırılması isə Birliyin Xarici Əlaqələr Şurasının sədri Aqil Ələsgərin rəhbərliyi ilə həyata keçirilir. İlk addım olaraq, təşkilata Azərbaycandan üzv olan internet media qurumlarının rəhbərləri arasından nümayəndələr seçilib.

Azərbaycan üzrə təmsilçilik heyətinə tanınmış jurnalist və ictimai xadimlər daxil olub. Onların sırasında Azərbaycan Mətbuat Şurasının üzvü Hacıbəy Heydərli, media eksperti Azər Həsrət, Editor.az saytının baş redaktoru Fərid Şahbazlı və digər nüfuzlu jurnalistlər yer alır. Azərbaycan təmsilçiliyinə rəhbərlik isə tanınmış jurnalist Xəyalə Rəisə həvalə edilib. Bundan sonra Xəyalə Rəis həm də təşkilatın Xarici Əlaqələr Şurasında təmsil olunacaq.

Təşkilatın bu strategiyası çərçivəsində yaxın günlərdə Gürcüstan, Qazaxıstan və digər türkdilli ölkələrdə də təmsilçilərin təyinatı gözlənilir.

Türk dünyasının media sahəsində inteqrasiyasını və informasiya təhlükəsizliyini gücləndirməyi hədəfləyən TİMBİR, bu təşəbbüslərlə həm də regional əməkdaşlığa mühüm töhfələr verməyi qarşısına məqsəd qoyub.

image-img-20250819-wa0118image-img-20250819-wa0117image-img-20250819-wa0116image-img-20250819-wa0115image-img-20250819-wa0114image-img-20250819-wa0112image-img-20250819-wa0111image-img-20250819-wa0110image-img-20250819-wa0109

Seçilən
3
6
veteninfo.az

7Mənbələr