Zəngilanda avtoyumada işləyən şəxsi maşın vurub, hadisə nəticəsində 54 yaşlı şəxs dünyasın dəyişib.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə avqustun 18-i rayonun Ağalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 54 yaşlı Elman Zeynalovu sözügedən iş yerinin qarşısında “Ford” markalı yük avtomobili vurub. O, aldığı xəsarətdən dünyasın dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən, 1980-ci il təvəllüdlü Elçin Abdullayev polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Əldə olunan ilkin məlumata görə, hadisə qəsdlə törədilib. Həmçinin, ölümlə nəticələnən hadisə baş verməzdən əvvəl tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə olduğu bildirilir.
Faktla bağlı araşdırma davam etdirilir.