Ulusal.az xəbər verir ki, hadisə rayonun Cəmşid Naxçıvanski küçəsi, bina 43, mənzil 84 ünvanında qeydə alınıb. 27 yaşlı Ayxan Kaşanlının meyiti yaşadığı evdə tapılıb.
Xatırladaq ki, mənzildən meyiti tapılan Ayxan Kaşanlı gənc yazar olub. Onun eyni zamanda kuryer işlədiyi də bildirilir.
Mərhumun qonşularının sözlərinə görə, A.Kaşanlı subay idi, bacısına və onun uşaqlarına baxırdı:
“Hadisə günü bacısı işdə, uşaqları isə evdə olub. Bacısı səhər evə gələndə qardaşının meyitini görüb. Çox əziyyət çəkən uşaq idi. Motosikletlə kuryerlik edirdi”.
Faktla bağlı araşdırma aparılır.
Fotoda Ayxan Kaşanlı