Türkiyənin xarici işlər naziri Hakan Fidan Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barrotla telefonla danışıb.
"Report" xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.
Onlar Rusiya-Ukrayna müharibəsi barədə fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, tərəflər Alyaska və Vaşinqtonda baş tutmuş görüşləri müzakirə ediblər.