AZ

Küveytin əmiri ölüb, vəliəhd yeni əmir olub

Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 86 yaşında vəfat edib. Bizimyol.info xəbər verir ki, bu barədə Küveyt dövlət televiziyası əmirin ofisinin rəsmi açıqlamasını yayıb. Hökumət başçısının müavini, Nazirlər Kabineti işləri üzrə dövlət naziri İsa əl-Kəndari bildirib ki, vəliəhd Şeyx Məşəl Əl-Əhməd Əl-Cabir Əl-Sabah bu gün vəfat edən Şeyx Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabahın yerinə yeni əmir elan edilib. Küveyt Konstitusiyasına görə, əmirin ölümündən sonra taxt avtomatik olaraq vəliəhd şahzadəyə keçir, lakin o, yalnız Milli Assambleyada (birpalatalı parlament) and içdikdən sonra səlahiyyət alır. Yeni əmirin varis təyin etmək üçün bir il vaxtı var. Noyabrın 29-da Əmirin dəftərxanası üzrə dövlət naziri Məhəmməd Abdulla əl-Mübarək əs-Sabah monarxın xəstəxanaya yerləşdirildiyini elan edib. Nazirin açıqlamasına görə, Şeyx Nəvafın vəziyyəti stabil olub və ona lazımi tibbi yardım göstərilib. Küveytin mərhum əmiri 2006-2020-ci illərdə ölkəyə rəhbərlik etmiş ögey qardaşı Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabahın vəfatından sonra 30 sentyabr 2020-ci ildə taxt-taca oturub. 2006-cı ilin fevralında Şeyx Sabahın əmri ilə Şeyx Nəvaf vəliəhd təyin edildi. Beləliklə, o, əs-Sabah ailəsinin iki qolunun nümayəndələrinin - əl-Cabir və əl-Salemin növbə ilə əmir olması ənənəsini pozub. 2020-ci ilin iyul ayından Şeyx Sabah ABŞ-da müalicə aldığı müddətdə Şeyx Nəvaf əmir səlahiyyətlərini icra edib. Qadir, Bizimyol.info

Seçilən
287
50
bizimyol.info

10Mənbələr