"Bəşəriyyət Rusiyanın əsl yırtıcı simasını gördü və ciddi şəkildə "onunla nə etməli?" sualı üzərində düşünməyə başladı..."
Hər necə olsa da, artıq aydındır ki, Rusiya özünün isti Ukrayna qanı "vannasını qəbul etmək" və orada kef çəkmək arzusu ilə vidalaşmalı olacaq. Rus təsəvvüründəki "qələbə" olmayacaq!
Moderator.az xəbər verir ki, bu barədə rusiyalı publisist Aleksandr Nevzorov özünün "nevzorov.tv" nəşrində yazıb.
Müəllif yazır ki, Rusiyanın "maksimum əldə edə biləcəyi Donbasda bir neçə yüz hektar yandırılmış torpaq, dağıdılmış kəndlərin xarabalığıdır.
Onu da yalnız müvəqqəti istifadə üçün. Üç il yarımlıq rüsvayçı müharibəyə və bir milyon rus cəsədinə görə olduqca miskin bir qənimətdir!
"Rus dünyası"nın bütün nail olduğu nəticə isə özünün ən həssas böyründə güclü, heç nəyi unutmayan və bağışlamayan bir dövlətin formalaşmasıdır!
Elə bir dövlət ki, yaxın gələcəkdə onun ordusunun hər bir bölməsi "Azov" kimi döyüş təcrübəsi və məğlubedilməzlik qazanacaq!
Üstəlik, bəşəriyyət Rusiyanın əsl yırtıcı simasını gördü və ciddi şəkildə "onunla nə etməli?" sualı üzərində düşünməyə başladı".