AZ

Ağ Ev Putin və Zelenskinin nə vaxt görüşə biləcəyini AÇIQLADI

Rusiya Prezidenti Vladimir Putin yaxın həftələrdə Ukrayna lideri Volodimir Zelenski ilə şəxsi görüş keçirəcəyini vəd edib.

Publika.az xəbər verir ki, bu barədə Evin mətbuat katibi Kerolayn Livitt keçirdiyi brifinqdə məlumat verib.

Livitt jurnalistlərdən birinin "Putin yaxın həftələrdə Zelenski ilə birbaşa görüş keçirəcəyinə söz verdimi?" sualına “Bəli, söz vermişdi” deyə cavab verib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Putin və Zelenski arasında görüş üçün hazırlıqlara başladığını açıqlamışdı. O, bu danışıqların Ukrayna münaqişəsinə son qoyacağına ümid etdiyini bildirib.

Seçilən
28
3
publika.az

4Mənbələr