Azərbaycanın gənc cüdoçuları Avropa çempionatına hazırlığı Qubada davam etdirirlər.


Rekord.az xəbər verir ki, təlim-məşq toplanışında cüdoçulara gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edir.


Qitə birinciliyi sentyabrın 4-dən 7-dək Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.