AZ

“Rusiya Azərbaycana qarşı ikinci cəbhə açmağa cəsarət etməz” Tofiq Zülfüqarov

ain.az, Yenisabah saytına istinadən bildirir.

Kreml Ukraynada uğursuzluqlardan sonra yeni düşmən obrazları axtarır.

Yenisabah.az xəbər verir ki, bu barədə sabiq XİN başçısı Tofiq Zülfüqarov bildirib.

Onun sözlərinə görə, son aylarda Rusiyanın təbliğatında Azərbaycan və Qazaxıstan xüsusi hədəf seçilir. Bundan əvvəl bu hücumlar Baltik ölkələrinə, NATO-ya və Fransaya yönəlmişdi. pizza hut

"Bu təbliğat təzyiqi davam edəcək. İndilik yalnız nəticələrini görürük, amma zamanla vəziyyət daha aydın olacaq", - o deyib.

Tofiq Zülfüqarov vurğulayıb ki, Ukrayna ərazisində Azərbaycan obyektlərinə heç bir təhlükə yoxdur.

"Azərbaycanla Türkiyə arasında güclü ittifaq mövcuddur və bu, bizi istənilən hərbi təhdiddən qoruyur. Rusiyanın isə nə cəsarəti, nə də gücü var ki, ikinci cəbhə açsın", — deyə sabiq nazir əlavə edib./Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
1
yenisabah.az

2Mənbələr