AZ

Rəşad Sadıqov: "Qələbəyə yaxın tərəf biz idik"

"Çempionatın ilk oyunları ağır keçir.Oyunçularım yaxşı ustalıq göstərdilər. Çempionatın favorit komandalarından birinə qarşı baxımlı oyun göstərdilər. Düşünürəm ki, qələbəyə yaxın tərəf biz idik. Hesab 1:0 olarkən də, 1-1 olarkən də qol epizodlarımız var idi. Bunlardan istifadə edə bilmədik. Rəqib standart vəziyətdən qol vurdu. Həmin epizodda da zəncirvari səhvlərimiz oldu. Ümumilikdə oyunçularımın göstərdiyi performansdan çox razı qaldım".

İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasında 2025/2026 mövsümünün ilk turunda "Araz-Naxçıvan"la 1:1 hesablı matçdan sonra deyib.

- Sizcə, bu günki oyunda hakim oyunun nəticəsinə öz təsirini göstərdimi?

- Oyun içində olan narazılıqlarımız təbiidir. Oyundan sonra biz də baxırıq, nəticəyə təsir edən epizodlar da olur. Oyun zamanı verilən reaksiyalar fərqli olur. Bəzən elə olur ki, həqiqətən oyunun gərginliyindən dolayı bəzi dialoqlar olur. Ümumilikdə bu oyunda hakimlikdən narazı qalmadım. 1-ci hissədə vurduğumuz qol sayılmadı. Bu epizodda topun ələ dəyməsi bilmirəm necə yorumlanır. Demirəm ki, səhv qərardır.

- Felipe Santosun sizlə olan epizod haqqında düşüncələriniz?

- Top əlimdəydi. Santoş sərt şəkildə götürdü. Bu oyun zamanı futbolçular arasında olur. Bir mənimlə qalmışdı bunu etmədiyi. Bu da oldu. Xasiyyəti belədi. Belə də qəbul etməliyik.

İdman.biz

Seçilən
30
4
idman.biz

10Mənbələr