"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın yeni mövsümünün ilk turunda "Araz-Naxçıvan"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçədən sonra bunları söyləyib:
"Çempionatın ilk oyunları ağır keçir. Oyunçularım yaxşı ustalıq göstərdilər. Çempionatın favorit komandalarından birinə qarşı baxımlı oyun göstərdilər. Düşünürəm ki, qələbəyə yaxın tərəf biz idik. Hesab 1:0 olarkən də, 1-1 olarkən də qol epizodlarımız var idi. Bunlardan istifadə edə bilmədik. Rəqib standart vəziyətdən qol vurdu. Həmin epizodda da zəncirvari səhvlərimiz oldu. Ümumilikdə oyunçularımın göstərdiyi performansdan çox razı qaldım.
Oyun içində olan narazılıqlarımız təbiidir. Oyundan sonra biz də baxırıq, nəticəyə təsir edən epizodlar da olur. Oyun zamanı verilən reaksiyalar fərqli olur. Bəzən elə olur ki, həqiqətən oyunun gərginliyindən dolayı bəzi dialoqlar olur. Ümumilikdə bu oyunda hakimlikdən narazı qalmadım. 1-ci hissədə vurduğumuz qol sayılmadı. Bu epizodda topun ələ dəyməsi bilmirəm necə yorumlanır. Demirəm ki, səhv qərardır”.