AZ

"Fənərbaxça" yeni transferi ilə müqavilə imzalayıb

"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda "Salzburq" forması geyinən Dorgeles Neneni rənglərinə bağlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Sarı-lacivərdlilər" 22 yaşlı malili hücumçu ilə 5 illik müqavilə imzalayıb. İstanbul təmsilçisi bu keçid üçün qarşı tərəfə 18 milyon avro ödəyib.

Qeyd edək ki, Nene ötən mövsüm 49 matçda 15 qol, 9 assistlə yadda qalıb.

Seçilən
14
3
apa.az

5Mənbələr