AZ

Gəncədə yeniyetmə qətlə yetirildi - Saxlanılan var+Yenilənib

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

2010-cu il təvəllüdlü Tunar Məmmədov bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.

Əməliyyat edilən T.Məmmədovun vəziyyəti ağırdır. 

Faktla bağlı araşdırma başlanılıb.

***

Həkimlərin səyinə baxmayaraq yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

***

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

***

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, şəhər sakini 15 yaşlı  A.Hətəmov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Seçilən
24
2
qafqazinfo.az

10Mənbələr