Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında mümkün görüş üçün hazırlıqlar artıq başlayıb.
Referans xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Caroline Leavitt bildirib.
“Başa düşdüyüm qədərilə, bu görüşə hazırlıq gedir”, – Leavitt vurğulayıb.
Onun sözləri Ağ Evin rəsmi saytında yayımlanıb, lakin əlavə təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, eyni brifinqdə Leavitt ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyasının siyasətini tənqid edərək, onun Ukraynada münaqişənin uzanmasına səbəb olduğunu və sülh perspektivini ləngitdiyini söyləyib.
Leavitt həmçinin əlavə edib ki, Bayden administrasiyasının zəifliyi və səriştəsizliyi münaqişənin yaranmasında rol oynayıb. Onun çıxışı zamanı arxasında Putin və hazırkı ABŞ Prezidenti Donald Trampın avqustun 15-də Alyaskada keçirilən görüşündən çəkilmiş foto təsvir olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta