AZ

Moto sürən ata və oğlu ağır yol qəzasında öldü VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Ata və oğul yol qəzasında həyatlarını itirib. Avtosfer.az xəbər verir ki, Türkiyənin Bitlis şəhərində baş verən hadisənin görüntüləri ərazidə yerləşən təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Məlumata görə, S.S-nin idarə etdiyi 34-GHJ-539 dövlət nömrə nişanlı minik avtomobili eyni istiqamətdə hərəkətdə olan Dilavər Duranayın idarə etdiyi motosikletlə toqquşub. Zərbənin təsirindən motosiklet sürücüsü və onun oğlu Həmzə Duranay metrlələrlə havada uçaraq yerə çırpılıblar. Qəza nəticəsində ağır xəsarətlər alan ata və oğul xəstəxanaya aparılıblar. Ancaq, həkimlərin bütün müdaxilələrinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
avtosfer.az

1Mənbələr