AZ

Rəşad Sadıqov: “Qələbəyə yaxın tərəf biz idik”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın yeni mövsümünün ilk turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilmiş matç 1:1 hesablı bərabərliklə başa çatıb.

Rəşad Sadıqov oyundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Çempionatın ilk oyunları ağır keçir. Oyunçularım yaxşı ustalıq göstərdilər. Çempionatın favorit komandalarından birinə qarşı baxımlı oyun göstərdilər. Fikrimcə, qələbəyə yaxın tərəf biz idik. Hesab 1:0 olarkən də, 1:1 olarkən də qol epizodlarımız var idi. Bunlardan istifadə edə bilmədik. Rəqib standart vəziyətdən qol vurdu. Həmin epizodda da zəncirvari səhvlərimiz oldu. Ümumilikdə oyunçularımın göstərdiyi performansdan çox razı qaldım”.

Rəşad Sadıqov hakimliyin səviyyəsinə də toxunub:

“Oyun içində olan narazılığımız təbiidir. Matçdan sonra biz də baxırıq, nəticəyə təsir edən epizodlar olur. Qarşılaşma zamanı verilən reaksiyalar fərqli olur. Bəzən elə olur ki, həqiqətən oyunun gərginliyindən dolayı bəzi dialoqlar olur. Ümumilikdə, bu oyunda hakimlikdən narazı qalmadım. Birinci hissədə vurduğumuz qol sayılmadı. Bu epizodda topun ələ dəyməsi bilmirəm necə yorumlanır. Amma səhv qərar olduğunu demirəm”.

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxsıyev isə yeni mövsümün ilk oyunu barədə bunları söyləyib:

“Gərgin oyun alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Bir xal da bizim üçün xeyirlidir. Komanda olaraq turlar keçdikcə özünəinam artacaq.

Əvəzetmələri oyunun gedişinə görə etdik. Əvəzolunmaz futbolçu yoxdur. Bir qədər də ehtiyatı əldən vermədik.

“Omoniya” ilə oyundan sonra təzyiqlər oldu. Biz də çalışdıq nəsə edək, amma təcrübəsizlik sözünü dedi. Ümumi götürdükdə, minimum vəzifənin öhdəsindən gəlməyi bacardıq. Avrokuboklar artıq bizim üçün bitib. Yaxşı təcrübə qazandıq.

Məşqçi işi daimi deyil. Rəhbərlik nə vaxta qədər etimad göstərəcəksə, o vaxta qədər də işimizin başında olacağıq.

Hər bir məğlubiyyət komandaya təsir edir. Sevindirici məqam odur ki, bərk, xarakterli komandam var. Düşünürəm ki, maneələrin komandamıza təsir olmayacaq. Əlbəttə, daha yaxşısını etmək olardı. Ola bilsin, gücümüz, bəlkə də təcrübəmiz çatmadı. Ancaq keçmişlə yaşamaq istəmirik. Sadəcə, nəticə çıxartmalıyıq”.

Seçilən
18
arena.az

1Mənbələr